Görüntülər görünür

...dört yanımızda görüntülər hər an yaranar... görünər

Traxtor fc (Az)-perspolis fc (ir) 2013-14

[ شنبه 7 دی 1392 ] [ 10:28 ] [ A-ARAZ ] [ 0Baxış ]


Səid bəy muğanlı nə deyib...



  Adim həyəcandir,adim AZƏRBAYCANDİR

Adim təbrizin dəmir aşiğinin pasli dodağindadir

Müsəllada yandirilan saz çanağinda

Bəbəkdə mənəm beyrəkdə mənəm

Qanli bayraqli BABƏKdə mənəm

Dədəm qorqudun qopuzlu dili

Adim tümrüsün qanli əlidir

At üstə yaşayan atilayam

Döyüşdı qaraqaşqa  qir at boz atilayam

Dünyani ikiyə bölən bir oxam

Yani,oxtayam

 Dəli kürəm,qalabaliğam

ARAZAM

Yani qara baliğam

Göydə səs gəlsə maqomayevin gümüşə səsi

Yerdə üzeyir koroğlunun otuz yeddisi

Şah ismayilin saz qilinciyam

Müəzzin əminin azan şarqisi

Burla xatinam,

Çiçəyəm,

Yani,göyçəyəm

Bülbülün nəğməsiyəm

Xanin səsiyəm

Tarix məndə nəfəs alıb verir

Aziğ mağarasında

Türkün qızıl kitabıyam

Qarabağ şikəstəsində  hay-hay ağlayan dilsiz çənəyəm

Quzu tək mələyən qarabağam

QARABAXTAM

Qurd tək ulayan Çeçenistanam

Orxun yazıları əllərındə göyərən türküstan

Qar kimi Aydınam

Hava tək yayğın

Tanriam,yaradan mənəm,yaranış mənəm,

Yaranmış mənəm

Günəş rəsuluyam ,ay imamiam,aynayam,aysudayam

Mövcüzəm qarmandır

Və sevgi ilahəsi şamandır

 Gücüm dədə qorquddur

Boz qurddur

Çin duvarlari qorxusundan tikilən döyüşçü mənəm    

Quldur allahların,qotur şeytanların  qoduq qoşarların(şairlərın)

Yalançı şahnamələrindəki türkəm

Toy düyünlü turanam

Qara dev də mənəm

Qara ev də mənəm

Kuruş şahın qatılıyam Hələ də ki  var

Öküz rüstəmin saqqalından toxunmuşam

Yasaq məftili var dodağımda

Dəli dümrüləm ee….y

Oğuzdur babam

Səni necə başa salım

MƏN ƏFRASİYABAM

ərqənəqondan başlanan yazam

və əşhədi qarabağ şikəstəsındə

oxunan namazam

yanı təbrizdə namaz üstə yandırılan sazam

qubanın ağ almasiyam

muğanın üzüm şarabı

oralam,altayam,göy göləm

yanı El gölüyəm

 URMU GÖLÜNDƏ OSMAN YUMRUĞUYAM

Üsyan yumruğu

Və türk dünyası kimi bölük - bölük bölünən

xəzərəm

türk tarixli torpağı At üstü gəzərəm

....dedim ki səttarxanam,həmən üsyanam          


Ardı
[ پنجشنبه 5 دی 1392 ] [ 09:42 ] [ A-ARAZ ] [ 0Baxış ]


Azərbaycan yurdumuz-Traxtor boz qurdumuz

[ پنجشنبه 5 دی 1392 ] [ 06:21 ] [ A-ARAZ ] [ 0Baxış ]